Qara Qarayevin əsərlərinə həsr edilən film Fransada böyük maraq doğurub

 

 

 

Qara Qarayevin əsərləri artıq çox tanınır. Qara Qarayevin əsərlərinə həsr edilmiş film möhtəşəm idi. Evian şəhərində çəkilmiş filmdə Qara Qarayevin əsərləri beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb. Film Fransa televiziyasında 20 dəfədən çox nümayiş olunub. Bu, onun tamaşaçılar tərəfindən çox sevildiyini göstərir.

Bu fikri nüfuzluReine Elizabeth Concours” müsabiqəsinin qalibi, tanınmış skripkaçı Vadim Repin Lill şəhərində keçiriləcək “Transsiberien” festivalı ilə bağlı  mətbuat konfransında söyləyib.

O bildirib ki, filmin çəkilişində böyük bəstəkarın səsləndirilən sonatalarını çox sevib: “Çəkiliş məkanlarında xoş, romantik mühit var idi. Bu, Qara Qarayev əsərlərinin təsiri idi. Azərbaycanlı pianoçu Murad Hüseynovla filmin çəkilişində ifa etdiyimiz sonatalar bizi daha da ilhamlandırırdı”.

Qeyd edək ki, dekabrın 12-dən 14-dək Fransanın Lill şəhərində keçiriləcək 6-cı “Transsibir” incəsənət festivalının (Trans-Siberian Art Festival) açılış mərasimində Qara QarayevinYeddi gözəl” baletindən “Vals” səsləndiriləcək. Festivalın direktorları – tanınmış skripkaçı Vadim Repindirijor Jan Klod Kasadesusdur.

Sözügedən film Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Fransada çəkilib. Qara Qarayevin 100 illiyi münasibətilə çəkilən filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdünü səsləndirib. Film Fransanın “Mezzoklassik musiqi kanalında 20 dəfədən çox yayımlanıb və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.8.