Milli incəsənəti və tarixi gerçəkləri dünyada
tanıdan nəşrlər
Heydər Əliyev Fondu fəaliyyətə başladığı dövrdən – 15 ildir milli mədəniyyətimizin, tariximizin, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühüm nəşr layihələri də həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Fondun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihələr sırasında milli musiqi mədəniyyətimizin, o cümlədən muğam sənətimizin təbliğinə töhfə verən nəşrlər xüsusi yer tutur.
“Azərbaycan
muğamları” layihəsi çərçivəsində nəşr
edilən “Qarabağ xanəndələri”
musiqi albomuna eyniadlı kitabça və 24 xanəndənin
ifasında muğam parçalarından
ibarət 3 CD daxildir. Albom Azərbaycan, ingilis, rus, fransız,
alman, italyan dillərində nəşr
edilib. İkicildlik “Muğam ensiklopediyası”
Azərbaycan muğam sənəti barədə
1300-dən çox məqalənin
toplandığı zəngin
topludur. Layihə çərçivəsində
hazırlanan “Azərbaycan
xanəndələri” səs
yazısı kolleksiyasında
görkəmli muğam
ustalarının təkrarsız
ifaları yer alıb.
Fondun “Üzeyir
dünyası” layihəsi
də mədəni irsimizə dəyərli töhfədir. Layihəyə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii
və publisistik əsərləri” kitabları,
“Leyli və Məcnun”, “Koroğlu” operalarının, “O olmasın,
bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının
klavir, libretto və
CD-ləri daxildir.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Muğam haqqında əlyazmalar toplusu” (2014) nəşr olunub. 3 kitabdan
ibarət topluya AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda
saxlanılan musiqiyə
həsr olunmuş əlyazmalar daxil edilib. 2011-ci ildə nəşr olunan “Qara Qarayev.
Həyat və yaradıcılığı Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin materiallarında”, Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə ithaf olunmuş “Mansurovlar” kitabları da musiqi sənəti salnaməmizə töhfədir. Fond tərəfindən
böyük bəstəkar,
SSRİ Xalq artisti Fikrət Əmirova həsr olunmuş musiqi albomu (2014) da işıq üzü görüb. Nəşrə Fikrət Əmirovun həyat və zəngin yaradıcılığından bəhs edən kitab, bəstəkarın
“Sevil” operası və “Min bir gecə” baletinin DVD-ləri, əsərlərinin
toplandığı CD-lər
daxildir.
Dünya
şöhrətli Azərbaycan
alimi Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri, görkəmli
yazıçı-ədəbiyyatşünas
Mir Cəlal Paşayevin
roman və hekayələrinin
toplandığı kitablar
oxucular tərəfindən
maraqla qarşılanıb.
2014-cü ildə Heydər
Əliyev Fondu tərəfindən “Azərbaycanda
alman izləri” (alman dilində) kitabı çap olunub. Kitabda alman səyyahların müxtəlif dövrlərdə
Azərbaycan haqqında
verdikləri məlumatlar,
ölkəmizdə almanların
məskunlaşması və
iş adamlarının
Azərbaycanda fəaliyyəti,
arxitektorların inşa
etdikləri binalar və s. haqqında geniş bilgilər verilib.
***
Heydər
Əliyev Fondu Azərbaycanın haqq səsinin dünyada yayılmasına yönəlmiş
nəşr layihələrinə
mütəmadi dəstək
göstərir. “Qarabağ
həqiqətləri” toplusu
(2005) “Qarabağın tarixi
haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”,
“Xocalı soyqırımı”,
“Erməni terror təşkilatlarının
Azərbaycana qarşı
fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”
adlı beş bukletdən ibarətdir. Bukletlər toplusu ingilis, fransız, alman, rus, macar
və yapon dillərində nəşr
olunub.
“Müharibə və tarixi mədəniyyət abidələrimiz”
kitabında (2006) Ermənistanın
işğalı altında
qalan Azərbaycan ərazilərindəki tarixi
mədəniyyət abidələri,
ziyarətgahlar, məscid
və məbədlər
haqqında məlumat verilir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin
“Qarabağ haqqında
həqiqətlər” seriyasından
ingilis dilində nəşri olan “Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə
alınması” kitabında
(2007) da işğalçı
dövlətin mədəniyyətimizə,
maddi-mənəvi irsimizə
qarşı həyata
keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən
bəhs olunur.
Dünya
şöhrətli fotoqraf Reza Deqatinin “Günahsızların
qırğını” kitabı (2014) ingilis və fransız
dillərində nəşr olunub. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası
çərçivəsində rus dilində də nəşr
olunan eyniadlı kitabda fotojurnalistin XX əsrin 80-ci illərinin
sonlarından başlayaraq ermənilərin xalqımıza
qarşı törətdiyi qırğınlar, o cümlədən
1990-cı ilin 20 yanvar qətliamı və 1992-ci ilin 26 fevral
tarixində törədilmiş Xocalı soyqırımı
zamanı lentə aldığı fotolar toplanıb.
Mədəniyyət.- 2019.- 27
sentyabr.- S.3.