On il öncə kitabla başlanan yolçuluq
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
əhatə coğrafiyası
genişlənir
Ölkəmiz müstəqilliyini əldə
etdikdən sonra,
90-cı illərin ikinci
yarısından etibarən
Azərbaycanın mədəniyyət
və incəsənətinin,
o cümlədən nəşriyyat
və kitab işinin beynəlxalq aləmdə təbliğində
yeni mərhələ
başlandı. Dövlət tərəfindən kitab nəşri və poliqrafiya sahəsinin inkişafı
məqsədilə davamlı
olaraq tədbirlər həyata keçirildi.
Prezident
İlham Əliyevin Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında
və dünya ədəbiyyatı nümunələrinin
Azərbaycan dilində
çap edilməsi haqqında müvafiq sərəncamlarına uyğun
olaraq bu istiqamətdə böyük
işlərə start verildi.
Eyni zamanda bu sahənin
inkişafına zəmin
yaradan qanunvericilik və normativ sənədlər qəbul
olundu. “Nəşriyyat
işi haqqında”, “Kitabxana işi haqqında” və “Mədəniyyət haqqında”
qanunlar bu sahənin hüquqi bazasını təşkil
etməklə ölkəmizdə
nəşr işinin qarşısında yeni üfüqlər açdı.
Bu illər ərzində
ölkəmizdə kitabxana
şəbəkəsinin müasir
tələblərə uyğun
yenidən qurulması
istiqamətində mühüm
işlər görülüb. Müasir informasiya
daşıyıcılarına keçmə dövrü,
kitabxanaların fəaliyyətinin
müasirləşdirilməsi, onların eyni zamanda informasiya mərkəzləri funksiyasını
daşıması diqqətə
alınaraq dövlət
başçısı tərəfindən
təsdiq olunan “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”
uğurla icra olunub.
Azərbaycanda kitab mədəniyyəti,
nəşriyyat-poliqrafiya sahəsində
böyük inkişafa
nail olunub. 2006-cı ildən
başlayaraq yüksək
poliqrafik göstəricilərə
malik Azərbaycan kitabı Moskva (Rusiya Federasiyası),
Frankfurt (Almaniya), Varşava
(Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Saloniki (Yunanıstan), İsgəndəriyyə
(Misir), Minsk (Belarus), London (Böyük
Britaniya), Tehran (İran),
Paris (Fransa), Budapeşt
(Macarıstan), Praqa (Çexiya), Kiyev (Ukrayna), Astana (indiki Nur-Sultan, Qazaxıstan),
Turin (İtaliya), Kişineu
(Moldova) və digər
şəhərlərdə keçirilən beynəlxalq
sərgi-yarmarkalarda nümayiş
etdirilib, ziyarətçilərin
böyük marağına
səbəb olub.
2008-ci ildə Mədəniyyət
Nazirliyi tərəfindən
ölkədə nəşriyyat
işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008-2012-ci illər
üçün fəaliyyət
proqramı təsdiq edilib. Proqram çərçivəsində
Azərbaycan kitab mədəniyyətinin təbliği,
tanıdılması məqsədilə
müxtəlif tədbirlər
keçirilib. Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan
kitabı 50-dək beynəlxalq
sərgidə nümayiş
olunub. Həmin sərgilərdə qazanılan
təcrübə Azərbaycanda
kitab nəşri və poliqrafiyanın daha da inkişaf
etdirilməsi, çap
məhsullarına kütləvi
marağın təmin
edilməsi, xarici ölkələrin nəşriyyatları
ilə əlaqələrin
qurulması, kitab mübadiləsi, ölkə
nəşriyyatlarının satış və təbliğat imkanlarının
genişləndirilməsi üçün
ölkəmizdə kitab
sərgi-yarmarkasının keçirilməsinə imkan
yaradıb.
***
2009-cu ilin 10-12 sentyabr
tarixində Bakıda Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə ilk dəfə Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Sərgi-yarmarkanın təşkilində əsas
məqsəd Azərbaycan
dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması sahəsində
həyata keçirdiyi
tədbirləri, dərsliklərin,
lüğətlərin, tərcümə
və elmi ədəbiyyatın nəşrinin
dəstəklənməsi istiqamətində
qəbul edilən qərarların əhəmiyyətini
diqqətə çatdırmaq
idi. Sərgi həmçinin nəşriyyatların
təcrübə mübadiləsinə,
beynəlxalq əlaqələrinə
kömək etmək,
kitab mədəniyyəti
sahəsində nailiyyətlərimizi
nümayiş etdirmək,
Azərbaycan oxucusunun ölkə nəşriyyatları
ilə yanaşı, dünyanın aparıcı
nəşr evlərinin
kitabları ilə tanışlığına şərait
yaratmaq idi.
Muzey Mərkəzində
təşkil olunan sərgi-yarmarkaya 50-dən çox
yerli, 20-dək xarici nəşriyyat və təşkilat qatılmışdı. Sərgi çərçivəsində
tanınmış Azərbaycan
və xarici ölkə yazarlarının
kitablarının təqdimatı
keçirildi, imza mərasimləri təşkil
edildi. Bununla da ölkəmizdə
kitab və nəşriyyat sahəsində
gözəl bir ənənənin əsası
qoyulmuş oldu.
***
Birinci sərgi
zamanı bu tədbirin ənənəvi
olaraq iki ildən bir keçirilməsi qərara
alınmışdı. 28-30 sentyabr
2011-ci il tarixində ilk sərginin məkanı ilə müqayisədə daha geniş ünvanda – Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) II Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil edildi. Azərbaycan dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunan tədbirdə 100-dən çox
yerli, 25 xarici çap-poliqrafiya müəssisəsi,
nəşr evi və kitabxana iştirak edirdi.
***
2013-cü ilin 23-25 sentyabr tarixində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən üçüncü sərgi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının qarşısındakı açıq ərazidə təşkil edilmişdi. Sərgi-yarmarkaya 100 yerli və 20-dək xarici ölkədən nəşriyyat, çap və poliqrafiya müəssisələri, kitab işi ilə məşğul olan qurumlar qatılmışdı.
Sərgi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi də qeyd olundu. Bundan əlavə, Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası keçirildi.
Sərgi-yarmarkada həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın ümummilli lider Heydər Əliyevə həsr olunmuş ekspozisiyası nümayiş etdirildi.
***
2015-ci ildə (16-18 sentyabr) Bakı İdman Sarayında keçirilən IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası qatılan ölkə, iştirakçı nəşriyyatların sayı ilə əvvəlki sərgilərdən fərqlənirdi. Dördüncü sərgidə 100 yerli, 30 xarici ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların nümayəndələri iştirak edirdi.
Budəfəki sərgidə də nəşriyyat işi sahəsində müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə görüşlər, təqdimatlar keçirildi. Bundan əlavə, sərgi-yarmarka çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili, kitabxanalara marağın artırılması məqsədilə müxtəlif tədbirlər reallaşdı.
***
28-30 sentyabr 2017-ci il tarixdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası isə bu sərgiyə ölkəmizdə və xaricdə ildən-ilə marağın artdığını ortaya qoydu. Yenə Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40-dan çox ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirdi.
Üç gün davam edən tədbir çərçivəsində kitab təqdimatları, dəyirmi masalar, kitab-nəşriyyat işinin çağdaş problemlərini əhatə edən müzakirələr aparıldı. Beşinci sərgi-yarmarka həm də Azərbaycan Milli Kitabxanasında keçirilən “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransla yadda qaldı. Sərgidə Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş kitabların təqdimatı da reallaşdı.
***
Beləliklə, paytaxtımız son 10 ildə artıq 6-cı dəfə beynəlxalq kitab bayramına ev sahibliyi edir. 20-dən çox ölkədən naşirlər, yazarlar, kitabxanaçılar, bu sahə ilə bağlı digər mütəxəssislər bu dəfə “Nəsimi ili”ndə – Azərbaycanın böyük şairi və mütəfəkkirinin söz işığında bir araya gəliblər.
VI Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasının bütün
iştirakçılarına uğurlar, səmərəli,
işgüzar ortam, oxuculara, ədəbiyyat həvəskarlarına
isə kitabla növbəti
görüşdə əsl bayram əhvalı
arzu edirik.
Mədəniyyət.- 2019.- 27
sentyabr.- S.4.