Cəmi bir nüsxəsi qalmış kitablar yenidən oxucuların görüşünə gəlir

 

 

Renessans-ANəşriyyat Evinin direktoru Səkinə Səmədova:

- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitabın təbliği baxımından olduqca vacib bir tədbirdir. Renessans-A” bundan əvvəlki sərgi-yarmarkalarda da iştirak edib. Nəşriyyatımızın ən böyük uğurları Mədəniyyət NazirliyininBərpanəşrlayihəsi çərçivəsində ərsəyə gələn kitablarla bağlıdır.

Tariximizin unudulmaz səhifələrinə işıq salan cəmi bir nüsxəsi qalmış kitabların yenidən nəşr olunması böyük əhəmiyyət kəsb edir. Bərpanəşrlayihəsi fəaliyyət göstərdiyi on ilə yaxın müddətdə raritet kitabların yenidən çap olunub oxuculara təqdim olunmasında mühüm rol oynayır. 100-150 il bundan əvvəl nəşr edilmiş nadir kitablar bu yolla yenidən oxucuların görüşünə gəlir. Nəşriyyat evi tərəfindən indiyədək bu qəbildən 100-dən çox kitab çap edilərək oxucuların ixtiyarına verilib. Layihə üzrə işıq üzü görmüş bir neçə kitab TürkiyədəZengin Yayıncılıqnəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib.

1926-cı il nəşri əsasında yenidən çap olunanBirinci Ümumittifaq Türkoloji Qurultayıkitabı (naşir redaktor Ələddin Əsədov) Qazaxıstan naşirlərinin diqqətini cəlb edib onlar bu dəyərli mənbəni nəşriyyatın icazəsi ilə çap edərək bu günlərdə qazax oxucularının ixtiyarına veriblər.

Bu kitabın təqdimatında tanınmış şair Oljas Süleymenov türkoloqlar, şərqşünaslar iştirak ediblər. 1926-cı ildə Bakıda çap olunan kitabdan gətirilən sitatlar, qurultayın Qazaxıstan nümayəndəsi Həlimcan Şərəfin ümumtürk əlifbası haqqında dediyi sözlər təqdimat iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Renessans-ANəşriyyat Evi VI Bakı Beynəlxalq Kitab Sərgi-YarmarkasındaBərpanəşrlayihəsi çərçivəsində çap olunmuş yeni raritet kitabları təqdim edəcək. Maraqlı nəşrlərimizdən olan Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildəKaspimətbəəsində rus dilində çap edilmiş xatirələri oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

Nəşriyyatımız uşaq yeniyetmələri unutmur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə Azərbaycan dünya klassiklərinin əsərlərini sərgi iştirakçılarına təqdim edəcəyik. Ümid edirik ki, N.Gəncəvininİsgəndərin Bərdəyə gəlməsi Nüşabə ilə görüşməsi”, “Xeyir Şər”, “Xarəzm gözəlinin hekayətikitabları, M.Ə.SabirinTəmsillər”, A.ŞaiqinYaxşı arxa”, R.RzanınÇöl quşları”, Ş.PerronunBüllur başmaq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, E.MejelaytisinDovşan oğlan s. nəşrlərimiz maraqla qarşılanacaq.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.6.