“Ülvimə bir məktub yazdım”

 

 

 

Anadan olmasının 50 ili tamam olan şəhid şair Ülvi Bünyadzadəyə (1969-1990) həsr edilən kitab belə adlanır.

Filologiya elmləri doktoru Almaz Ülvinin yazdığı bu kitab 21 illik ömrə işıq salan salnamədir. Kitabın redaktoru və “Bir eşqin şöləsi” adlı ön sözün müəllifi yazıçı, tədqiqatçı Sevinc Ədalətqızıdır. Kitabda Ülvi Bünyadzadənin gəncliyə örnək taleyi araşdırılıb.

Hələ 13 yaşında ikən yazdığı şeirdə “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!”, - deyən Ülvi Bünyadzadənin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbindən silinməyəcək və daima ehtiramla anılacaq.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.7.