Ədəbiyyat antologiyalarımız dünya kitabxanalarında

 

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi olan “Azərbaycan ədəbiyyatı antologiyası” nəşrləri (nəsr və poeziya) müxtəlif ölkələrin kitabxanalarında yerləşdirilməkdədir.

Fransada işıq üzü görmüş nəsr antologiyası Fransa MilliUniversitet Kitabxanaları şəbəkəsi (BNU – Bibliotheque Nationale Universitaire) və ölkənin ümumilikdə 20-dən çox kitabxanasına təqdim edilib.

Fransada soydaşlarımız tərəfindən təsis olunan “Kəpəz” nəşriyyatında çapdan  çıxan topluya İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud və başqa müəlliflərin fransız dilinə tərcümə olunmuş hekayələri daxil edilib.

Ötən il Belarusda işıq üzü görmüşMüasir Azərbaycan ədəbiyyatı antologiyası – poeziya” kitabı da Minsk şəhərinin mərkəzləşdirilmiş kitabxana sistemlərində, regional kitabxanalarda, ali təhsil müəssisələrində – ümumilikdə 50-dən çox kitabxanada yerləşdirilib.

BelarusunZvyazda” nəşriyyatında işıq üzü görən kitaba Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Abbas Abdulla, Fikrət Qoca, Nəriman Həsənzadə, Musa Yaqub, Sabir Rüstəmxanlı və başqa şairlərin şeirləri daxil edilib.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.8.