“Sərgilər nəşriyyat işinin inkişafı üçün
çox əhəmiyyətlidir”
Paytaxtımız VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Budəfəki kitab bayramının iştirakçıları arasında “Təhsil” nəşriyyatı da var. Nəşriyyatın direktoru Turan Axundov sərgi-yarmarka ilə bağlı suallarımızı cavablandırdı.
- Turan müəllim, sərgi-yarmarkanın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Belə sərgilər Azərbaycanın kitab mədəniyyəti, o cümlədən nəşriyyat işinin inkişafı üçün çox əhəmiyyətlidir. Ona görə ki, ölkəmizdə təşkil olunan beynəlxalq sərgi-yarmarkalarda xarici qonaqlar da iştirak edir və kitab mədəniyyətimizlə yaxından tanış olmaq imkanı qazanırlar. Sərgilər eyni zamanda müəllimlər, tələbə və şagirdlər üçün də yaxşı fürsətdir. Oxucularımız müxtəlif ölkələrin müəlliflərinin kitablarını fərqli dillərdə əldə edə bilirlər. Bu mənada kitaba olan marağı artırmaq üçün belə sərgi-yarmarkaların keçirilməsi böyük əhəmiyyət kəsb edir.
- Nəşriyyatınız hansı çap məhsulları ilə sərgiyə qatılır?
- Bildiyiniz kimi, “Təhsil” universal nəşriyyatdır.
Son iki il
ərzində nəşr
olunmuş bədii, publisistik, uşaq ədəbiyyatı, balacalar
üçün hazırlanmış
dərsliklər sərgidə
təqdim edilir. Bundan əlavə, altıncı
sərgi-yarmarka üçün
məxsusi hazırlanmış
nəşrlərimiz də
nümayiş olunur.
- Xarici ölkələrdə keçirilən
sərgi-yarmarkalarda da
iştirak edirsiniz...
- Son illər Mədəniyyət Nazirliyinin xətti ilə Türkiyə, Almaniya və Rusiyada keçirilmiş sərgi-yarmarkalarda ölkəmizi təmsil etmişik. Bu sərgilərdə ölkəmizin tarixi, mədəniyyəti haqqında nəşr olunmuş kitablar nümayiş etdirilib. Gələcəkdə də ölkəmizi xarici sərgilərdə layiqincə təmsil edəcəyik.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2019.-27
sentyabr.- S.6.