Kitab – həyatı duyan və sevənlərin sadiq dostu

 

 

İlham Namiq Kamal (Xalq artisti, aktyor)

Mənə elə gəlir ki, kitab həyatı duyan onu sevərək yaşamağı bacaran hər kəsin ən sadiq əvəzolunmaz dostudur. Kitab, mütaliə sevgisi məndə hələ uşaq vaxtlarından olub yaxşı ki, bu sevgim zamanla daha da artıb. Hər oxuduğum yeni kitabla bir yaxşı dost, insan qazandığımı düşünürəm. Məsələn, SabirinHophopnamə”si, Mirzə Cəlilin çoxcildliyi, Molyerin əsərləri ən yaxın yol yoldaşlarımdır. Dramaturgiya ilə daim təmasdayam. Təbii ki, bu da mənim sənət fəaliyyətimlə bağlıdır. Qəzəl ümumən poeziya ilə aram yaxşıdır. Sevdiyim şeir nümunələri yaddaşımda qalır.

Ölkəmizdə keçirilən ənənəvi kitab sərgi-yarmarkasını, kitab, kitabxana, mütaliə ilə bağlı hər təşəbbüsü alqışlayıram. Çünki elmin, təhsilin, biliyin açarı məhz kitabdadır. Ziyalı, yaradıcı insan, düşünən beyin istər-istəməz, kitabı sevdiyi kimi, həm onu təbliğ etməlidir.

 

Nurəddin Mehdixanlı (Xalq artisti, aktyor)

Kitab mənim üçün həyatın bələdçisidir. Bəzən özümüzü özümüzə o tanıdır. Bilirsiniz ki, Yaradan Yer üzünə məhz kitab göndərdi. Hər bir insanın dünyagörüşü onun dərəcədə kitaba bağlı olmasından xəbər verir. Vaxtilə biz SSRİ xalqları arasında kitab oxuma üzrə ön sıralarda idik. İstərdim ki, indi o öncüllüyümüzə qayıdaq, kitaba bağlı olaq. Kitab zövqdən elmə hər məqamda faydalı vasitədir. Doğrudur, indi insanlar sosial şəbəkələrə, elektron vasitələrə meyil edirlər. Amma kitab oxumaq yaddaşı gücləndirən vasitə kimi daim lazımdır.

Tez-tez kitab yarmarkalarından, bukinistlərdən, kitab mağazalarından ədəbiyyatlar alıb oxuyuram. Evimizdə , otağımda da kitablar var onlardan əl çəkmirəm. Çünki kitab sənə heç vaxt xəyanət etməyən dostdur. Hazırda klassikaya qayıtmışam dahi Üzeyir Hacıbəylinin əsərlərini oxuyuram. Arzu edirəm ki, gənclərimiz klassik ədəbiyyatımızı oxusunlar, onların ideallarına bağlı olsunlar. Mən kitaba bağlıyam, dünyanı onunla dərk etməyə çalışmışam yanılmamışam.

 

Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi, rejissor)

Kitab oxumaq, əslində, böyük mədəniyyətdir. Kitab oxuyarkən müəllifin dünyagörüşünü, ideyalarını, təcrübəsini mənimsəyirsən, onlardan öyrənirsən. Kitab imkan yaradır ki, insan daxili aləmini tanısın. Bu gün beynimiz informasiya ilə doludur, amma həmin informasiyalar bizə lazım olan bilikləri verirmi? Amma kitab heç vaxt qışqırmır, sadəcə, səni anladır, hər şey sakitcə baş verir. Kitab oxumaq insana səbirli olmağı öyrədir, onu maarifləndirir.

M.Bulqakovun yaradıcılığını çox sevirəm. OnunQaçış”, “Usta Marqaritaəsərlərini təkrar-təkrar oxuyuram. Bir Ç.AytmatovunƏsrə bərabər günromanı. Bu əsərlər məni onlara dönə-dönə qayıtmağa vadar edir. Səmavi İncil, Quran Tövrat kitablarından da qidalanıram onlar mənim əlimdən tuturlar. Q.Q.Markesi çox sevirəm. Onun əsərləri problemlərə yanaşma tərzi ilə məni cəlb edir. Bir rejissor olduğum üçün daha çox pyes oxuyuram. Yerli müəlliflərdən son oxuduğum məni daha çox cəlb edən İlqar Fəhmidir. Artıq onun bir əsərinin üzərində çalışıram.

Xarici ədəbiyyatı əsasən rus dilində mütaliə edirəm, hərçənd son illər Azərbaycanda dünya ədəbiyyatı, xüsusilə pyeslər çox yaxşı tərcümə olunur.

 

Mirbala Səlimli (Əməkdar incəsənət xadimi, rejissor)

Kitab yarmarkalarını çox sevirəm. Şəxsi kitabxanamdakı iki mindən çox kitabın, demək olar ki, yarısı yarmarkalardan aldıqlarımdır. Təkcə bədii ədəbiyyat, öz ixtisasıma uyğun kitablar almıram. Yaxşı yadımdadır ki, şəxsi kitabxanamın bəzəyi saydığımŞərq miniatürlərikitab-albomunu Sankt-Peterburqda keçirilən bir yarmarkadan almışdım. Xarici ölkələrdə kitab yarmarkalarında olarkən əsasən milli geyimlərin təsvir edildiyi albomlarla maraqlanıram.

Son zamanlar məşhur fransız dramaturqu Jan Batist Molyerin yaradıcılığı ilə çox maraqlanıram. Mixail Bulqakovun “Jan Batist Molyerin həyatı”, Kristof MorininMolyerəsərlərini oxumuşam. Kinodramaturgiyaya dair nəşrlər stolüstü kitablarımdır. Məhəmməd Əsəd bəyinŞərqdə neft qan”, BanininQafqaz gündəliyi. Paris günləri”, Mirismayıl SarıyalınBakı rüzgarı”, Akif AşırlınınNargin adasındakı türk əsirlərikitablarını oxumuşam. Bu kitabların əhatə etdiyi dövr məni çox maraqlandırır.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.7.