Mədəniyyət Nazirliyi
sistemində yeni təyinat
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.11.2018-ci il tarixli, 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Yeni təsis olunan müəssisəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təyin olunub.
A.Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olub. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politologiya ixtisası üzrə bitirib. 2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub, 2005-ci ildə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə
2005-ci ildə Fəlsəfə və Siyasi
Hüquqi Tədqiqatlar İnstitutunda
başlayıb, 2006-cı ildən Mədəniyyət
Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi,
Elm sektorunun müdiri vəzifələrində işləyib.
2015-ci ildə Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzə direktor təyin olunub. Müxtəlif vaxtlarda Dövlət
İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində
çalışıb. Çoxsaylı elmi-analitik
və publisistik məqalənin müəllifi,
AMEA-nın Fəlsəfə İnstitutunun
nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə
Şurasının üzvüdür.
Mədəniyyət.- 2019.- 5 yanvar.-
S.3.