Xalq rəssamının və tələbələrinin
yubiley sərgisi
Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin sərgisi açılacaq.
Rəssamın 75 illik yubileyi münasibətilə təşkil olunan sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsərləri nümayiş ediləcək.
Müasir Azərbaycan incəsənətində özünəməxsus yeri olan Arif Əziz ötən əsrin 70-ci illərindən başlayaraq dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində fəaliyyət göstərir.
İlk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbində alan rəssam daha sonra Moskvada
S.Q.Stroqanov adına Ali
Bədii-Sənaye Məktəbində qrafik
dizayn ixtisası üzrə təhsilini davam etdirib. 1971-ci ildən
Mədəniyyət və İncəsənət Universitetində
pedaqoji fəaliyyətlə məşğul
olan sənətkar bu
illər ərzində yüzlərlə rəssam, dizayner, qrafik və
xalçaçının yetişməsinə böyük əmək sərf edib.
Mədəniyyət.- 2019.- 5 yanvar.-
S.6.