“Yeddi gözəl”in səhnə
həyatından bəhs edən kitab
Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitab (rus dilində) sənətsevərlərin ixtiyarına verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda “Yeddi gözəl” baletinin premyeradan günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim olunur.
“Şərq-Qərb” nəşriyyatında
yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeliyində
olan qurumlara və
kütləvi kitabxanalara paylanılacaq.
Mədəniyyət.- 2019.- 5 yanvar.-
S.3