“Qış
qalası” festivalı
davam edir
İçərişəhərdə “Qış
qalası” Yeni il festivalı
davam edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən
bildirilib ki, festival müddətində paytaxt
sakinləri və qonaqlar Qoşa Qala meydanında müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarını əldə
edə, konsert proqramından zövq ala və bir sıra viktorinalarda
iştirak edə bilərlər.
Dekabrın 15-dən start
götürən festival yanvarın 6-da başa çatacaq.
Mədəniyyət.- 2019.- 5
yanvar.- S.2.