“İslam mədəniyyətinin
paytaxtı” ili muzeylər üçün
düşərli olub
Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərin 592 mindən çox ziyarətçisi olub. Onlardan 178 mindən çoxu xarici vətəndaşlardır.
Naxçıvandakı Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı”, Möminə Xatın, “Naxçıvanqala” muzey kompleksləri, Duz Muzeyi ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardır.
Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” və ölkəmizin “Gənclər paytaxtı” olması ilə əlaqədar ötən il muxtar respublikaya gələn xarici turistlərin sayı daha da artıb, mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişləndirilib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq, dövlət orqanları işçilərinin muzeylərə kollektiv ziyarətləri davam edib.
Muxtar respublikanın Mədəniyyət
Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi,
onların yeni eksponatlarla
təmin olunması daim diqqətdə
saxlanılır. Ötən il muzeylərə
1564 yeni eksponat daxil olub.
Mədəniyyət.- 2019.- 5
yanvar.- S.2.