Teatrlarda yeni ilin sənət əhvalı

 

 

Yaradıcı kollektivlər yanvarın ilk günlərini daha çox bayram tamaşa-şənliklərinə ayırsalar da, yeni səhnə əsərləri üzərində gedir

 

Qəzetimizin ötən ildəki son sayında qeyd etdiyimiz kimi, teatrlar ənənəvi olaraq yeni təqvim ilinin ilk həftəsini daha çox uşaqlara ayıraraq repertuarları bu yöndə tərtib edirlər. Amma uşaqlara bayram əhvalı bəxş edən məxsusi diqqətlə bərabər böyüklərin mədəni istirahəti, sənət zövqü unudulmur. Teatrlarda 7-dən 70-ə ən müxtəlif sənət zövqü üçün yeni səhnə əsərlərinin hazırlıqları da, təzə ilin yaradıcılıq planları da bundan xəbər verir...

Öncə elə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından başlayaq. Teatrda dekabrın son günlərində başlananQış nağılı” – Yeni il şənliyi bu günlər (gündə bir neçə seansla) davam edir. Teatrdan bildirilib ki, 2019-cu ildə hazırlanacaq tamaşaların planları da tərtib olunub. Bu il teatrda dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulub. İl ərzində kollektiv müxtəlif festivallara dəvət gözləyir, qastrol səfərlərinə hazırlaşır.

Xatırladaq ki, Kukla teatrında ötən il təhvil verilənƏlibaba qırx quldur”, “Piter Pen”, “Şəngülüm, Məngülümtamaşaları  repertuarda özünə yer qazanıb. Yaradıcı heyət apreldə İranın Məşhəd şəhərində, sentyabrda Rusiyanın Həştərxan şəhərində, oktyabrda Moskvada beynəlxalq festivallara qatılıb.

* * *

Ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci il ərzində ümumilikdə doqquz tamaşa hazırlanıb. Rusiya-Azərbaycan teatr əlaqələrinə töhfə olanSinif yoldaşlarıtamaşası (əsərin müəllifi – Yuri Polyakov, quruluşçu rejissoruteatrın bədii rəhbəri-direktoru, Xalq artisti Azərpaşa Nemətov) xüsusilə maraq doğuran səhnə əsərlərindəndir. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan “Ah, bu uzun sevda yolutamaşası Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektiviİudatamaşası ilə Qazaxıstanda, “Manqurttamaşası ilə Qırğızıstanda, “Cəhənnəm sakinləritamaşası ilə Türkiyədə qastrol səfərlərində olub. İl ərzində Balakən, Zaqatala, Qax Şamaxıya da qastrollar təşkil olunub.

* * *

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı üçün ötən il məhsuldar olub. Sənət ocağının mətbuat xidmətindən bildiriblər ki, il ərzində üç yeni tamaşanın premyerası keçirilib.

Fevral ayında Qara Qarayev Fərəc QarayevinQoyyabaletinin tamaşası təqdim edilib. Balet dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə səhnələşdirilib. Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar FərəcovunCavad xanbaleti (may) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar səhnəyə qoyulub. Dekabrda isə italyan bəstəkarı Cakomo PuççinininManon Leskooperasının premyerası keçirilib.

Opera Balet Teatrının solistləri bir sıra ölkələrdə uğurla çıxış ediblər. Həmçinin teatrın səhnəsində Rusiyanın Akademik Böyük Teatrı, Mixaylovski Teatrı başqa teatrlardan, eləcə Belarus, Ukrayna, Türkiyə, Gürcüstan İtaliyadan gəlmiş sənət ulduzları da alqışlanıb. İtaliyanın Azərbaycandakı səfirliyi ilə mədəni əməkdaşlıq proqramı həyata keçirilib, bu ölkədən dəvət olunmuş balet qrupu xüsusi konsertlə teatrda çıxış edib.

2019-un yaradıcılıq planlarına gəlincə, bu il Frans ŞubertinDahi hekayəçibaletinin, Qelsyat ŞayqulovanınKleopatrabaletinin, Sergey ProkofyevinMonastırda nişanlanmaoperasının səhnəyə qoyulması nəzərdə tutulur. Teatrın Serbiya Opera Teatrı ilə əlaqələri yaranıb. Mart ayında serbiyalı vokalçı ilk dəfə teatrın tamaşasında səhnəyə çıxacaq.

* * *

Azərbaycan Dövlət Musiqili Teatrı ötən il İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr FestivalındaƏr arvadkomediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri, aktyor rejissor Babək Nəhreyn Novruz bayramı günlərində konsert proqramı ilə teatrın səhnəsində çıxış edib. Bakıda keçirilən İran mədəniyyəti günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı iləİlahi komediya. Cəhənnəmtamaşası nümayiş olunub. Ötən il teatrSərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində özbək yazıçısı İbrahim SadıqovunMolla Nəsrəddinin beş arvadıikihissəli komediyasını təqdim edib.

Cümhuriyyətin 100 illiyi münasibətiləNuri-didə Ceyhun” (müəllif Əli Əmirli, rejissor Mehriban Ələkbərzadə) tamaşası hazırlanıb, “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerası da sənət aləmində böyük əks-səda doğurub. Teatr Yeni il bayramı günlərində balaca tamaşaçıların görüşünəCırtdanın sərgüzəştlərinağıl-pyesi (rejissor Ayla Osmanova) ilə gəlib. 2019-cu ildə premyeraları nəzərdə tutulanBalaca şahzadə”, “Çarəsiz sərnişinlər”, “Buratinotamaşalarının məşqləri gedir.

* * *

2018-ci il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün 90 illik yubileylə yadda qaldı. Yubiley ilində Əməkdar artist Nicat Kazımovun quruluşunda “Bremen musiqiçiləri teatrın baş rejissoru Bəhram Osmanov tərəfindən quruluş verilən “Don Kixottamaşası repertuara daxil oldu.

2019-cu ildə kollektiv teatrsevərlərə yeni tamaşalar da təqdim edəcək. Bu sırada E.ŞmidtinTanrıya 14 məktubəsərinin səhnələşdirilməsini (rejissor Nicat Kazımov) qeyd edə bilərik.

* * *

Yanvarın ilk həftəsində Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçünDüyməcik” (V.Neverov) tamaşasının premyerası davam edir. Teatr yanvar ayında repertuarındakı səhnə əsərlərindən savayı, yeni tamaşaN.QoqolunEvlənməəsərinin premyerasını da təqdim edəcək.

* * *

Yanvarın 6-da Yuğ Dövlət Teatrı ilin ilk tamaşasını təqdim edəcək. Yapon yazıçısı  R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.1;4.