Ölkəmizdəki alman
irsi haqqında sərgi davam
edir
Bakıdakı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində dekabr ayında açılan “Germanaijan” sərgisi davam edir.
Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinə həsr olunan sərgi Almaniyanın ölkəmizdəki səfirliyi və bu ölkənin Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı”, Goethe-Zentrum Baku və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.
İki ölkənin adını birləşdirən “Germanaijan” sərgisi ölkəmizdə ilk alman kolonistlərinin tarixindən, almanların Azərbaycanda şərabçılığın, arxeologiya və muzeyşünaslığın inkişafına töhfələrindən, Bakıda alman memarları tərəfindən tikilmiş binalardan bəhs edir.
Fevralın 16-dək davam edəcək
sərgiyə giriş sərbəstdir.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.7.