Xalq artisti Amaliya
Pənahova yad ediləcək
Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə
həsr olunan tədbir keçiriləcək.
Xatirə axşamı Mədəniyyət
Nazirliyi, “Mədəniyyət”
kanalı, Beynəlxalq
Muğam Mərkəzi
və Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.
Tədbirdə sənətkarın həyat və
yaradıcılığından danışılacaq, mədəniyyətimizin
inkişafındakı xidmətləri vurğulanacaq.
A.Pənahovanın yaratdığı Bakı Bələdiyyə
Teatrı aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.2.