İSESCO 2019-cu iliİslam mədəni irsi ilielan edib

 

 

 

İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı – İSESCO İslam ölkələri mədəniyyət nazirləri konfransının qətnaməsinə uyğun olaraq 2019-cu iliİslam mədəni irsi ilielan edib. Bu barədə müvafiq qərar 2017-ci ilin noyabrında Sudanın paytaxtı Xartumda 10-cu İslam ölkələri Mədəniyyət nazirləri konfransında qəbul olunmuşdu.

Təşkilatın saytında bu münasibətlə yayılan bəyanatda İSESCO üzv dövlətləriİslam mədəni irsi ili”nin qeyd edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların - alimlərin, şairlərin, yazıçıların, rəssamların, memar ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin rəngarəng mədəni irsə malikdir.

İslam mədəni irsi iliçərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafına töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmaların, sikkələrin, İslam rəmzləri müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. İSESCO eyni zamanda bir çox maddi qeyri-maddi irs nümunələrininİslam dünyası mədəni irs siyahısı”na daxil edilməsini təklif edir.

Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuşaçıq qapıgünləri keçiriləcək. İSESCO ekstremistlərin, sektant terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə məşğul olacaq. Təşkilat, həmçinin maddi qeyri-maddi mədəni irs sahəsində mütəxəssislərin hazırlanması, onların peşə, texniki elmi bilik bacarıqlarının artırılması üçün müsəlman ölkələrinə müraciət edib.

 

2019-cu ildəİslam mədəniyyətinin paytaxtları

 

Qeyd edək ki, İSESCO-nun ənənəvi layihəsi olanİslam mədəniyyətinin paytaxtı”nın 2019-cu il üçün ev sahibləri məlumdur. Təşkilatın saytında yer alan məlumata görə, bu il Ərəb regionu üzrə Qüds (Fələstin) Tunis (Tunis Respublikası), Asiya regionu üzrə Bandar-Seri-Beqavan (Bruney Sultanlığı), Afrika regionu üzrə Bissau (Qvineya Bissau Respublikası) “İslam mədəniyyətinin paytaxtıadını daşıyacaq. İSESCO 2005-ci ildən reallaşan proqrama əsasən, hər il müvafiq regionlar üzrə üç şəhərimədəniyyət paytaxtıelan edir. 2019-cu ildə Tunisdə 11-ci İslam ölkələri Mədəniyyət nazirləri konfransının keçiriləcəyi nəzərə alınaraq istisna kimi Ərəb regionu üzrə iki şəhərpaytaxtelan olunub.

Xatırladaq ki, 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” adını Azərbaycanın Naxçıvan şəhəri (Asiya regionu üzrə), həmçinin Bəhreynin Əl-Muharraq və Qabonun Libervil şəhərləri daşımışdı. 2020-ci ildə bu missiyanı Misirin paytaxtı Qahirə, Özbəkistanın BuxaraMali Respublikasının Bamako şəhərləri qəbul edəcək.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.1;3.