Ötən il sərgi
və layihələrlə zəngin olub
2018-ci il Azərbaycan Milli İncəsənət Muzeyi
üçün çoxsaylı tədbir
və layihələr sarıdan zəngin il
olub.
Muzeydən bildiriblər ki, ilboyu müxtəlif sərgilər təşkil edilib. Bu sırada dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən “Qürur və düha. Yaşayan əfsanə”, “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə Bakı Yunus Əmrə İnstitutu ilə birgə təşkil edilən “Tarixi prosesdə Osmanlı miniatürləri”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Müstəqilliyimizin sələfləri” və s. sərgiləri qeyd etmək olar.
Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında Mahatma Qandinin
150 illik yubileyinə həsr edilmiş tədbirdə Xalq
rəssamı Ömər Eldarovun muzeydə
qorunan “Mahatma Qandi 1987” əsəri sərgilənib. Muzeyin
iştirakı ilə ilin ən böyük sərgisi isə Azərbaycanın
və SSRİ-nin Xalq
rəssamı, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatları laureatı, dünya
şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyi ilə əlaqədar Bakı Ekspo Mərkəzində keçirilib.
Dekabrda Bakı Metropoliteni
ilə birgə “Milli incəsənət üçün metroya”
adlı layihə əsasında (metronun “Nərimanov”
stansiyası) muzeyin kolleksiyasından seçilmiş 90 boyakarlıq, qrafika əsərinin reproduksiyalarının təqdimat-sərgisi
də maraqla qarşılanıb.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.3.