İsrail qəzeti Bakı səhnəsindəki tamaşadan yazıb

 

 

Ötən ilin dekabrında Beynəlxalq Muğam Mərkəzində İsrail yazıçısı İdo Netanyahunun “Məna axtarışında” pyesinin tamaşası nümayiş olunub. Quruluşçu rejissoru İlqar Safat olan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İdo Netanyahu İsrailin Baş naziri Binyamin Netanyahunun kiçik qardaşıdır. İsraildə çıxan ingilisdilli “The Jerusalem Post” qəzetinin 7 yanvar tarixli nömrəsində bu haqda material dərc edilib. Yazıda bildirilir ki,  İdo Netanyahu ixtisasca radioloq-həkimdir, lakin kitablar pyeslər yazmağa da xeyli vaxt sərf edir. Qeyd olunur ki, İdo Netanyahunun pyesləri Tel-Əviv, Nyu-York, Sankt-Peterburq, Moskva Daşkənd şəhərlərinin səhnələrində tamaşaya qoyulub.

Məna axtarışındapyesinin Beynəlxalq Muğam Mərkəzinin səhnəsində premyerasının açılışında çıxış edən rejissor İlqar Safat əsərin əhəmiyyətini vurğulayaraq deyib: “Pyesdə Holokost dəhşətlərini görmüş, faşistlərin dörd cəza düşərgəsindən salamat çıxmış psixologiyada loqoterapiya adlı yeni cərəyan yaratmış məşhur psixoloq, görkəmli alim Viktor Franklın həyatından bəhs edilir”.

“The Jerusalem Post” qəzeti premyerada İsrailin Azərbaycandakı səfiri Dan Stavın çıxışına yer ayırıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını vurğulayan səfir deyib: “Azərbaycan tarixən tolerant ölkədir. Burada milliyyətindən dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən yəhudi icmasının nümayəndələrinə hörmət ehtiram göstərilir. Yəhudi Azərbaycan xalqları arasında əsrlər boyu çox sıx möhkəm əlaqə olub. Ölkələrimiz arasında səmimi münasibətlər bu gün möhkəmlənir dərinləşir”.

Qəzet beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun sözlərini də diqqətə çatdırır: “Azərbaycan bir sıra dinlərin və xalqların bu ölkədə yaşayan nümayəndələri üçün vətən, dünyanın bir sıra ölkələri üçün həmişə parlaq multikulturalizm və tolerantlıq nümunəsi olubbu gün də belədir”.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.3.