Naxçıvanlı bəstəkarın yubiley gecəsi
Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək tədbirdə bəstəkarın yaradıcılığından söz açılacaq, Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Dövlət
Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) görkəmli bəstəkar,
Xalq artisti Xəyyam
Mirzəzadənin sinfində sənətin
sirlərini mənimsəyən K.Əhmədov təhsil illərində
müxtəlif janrlarda əsərlər
yazıb, diplom işi
olan “Cavid” simfonik poeması maraqla
qarşılanıb. Mahnı
yaradıcılığında naxçıvanlı şairlərin
əsərlərinə müraciət edən bəstəkar
“Qızlar bulağı”, “Qoşa çinar”, “Saçlarıma qar
da yağdı”, “Zəfər
marşı”, “Milli Ordumuz”,
“Unutdun məni”, “Keçmə” və s. mahnıların, həmçinin “Cəngi”,
“Süita”, “Naxçıvan eskizləri”,
“Rekviyem” kimi orkestr əsərlərinin, tamaşalara
musiqilərin müəllifidir.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.4.