Opera və
Balet Teatrı ilin ilk premyerasına hazırlaşır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
yeni ilin ilk premyerası – Avstriya bəstəkarı Frans Şubertin musiqisi əsasında səhnələşdirilən
“Dahi hekayəçi”
baleti təqdim olunacaq.
Yanvarın 26-da göstəriləcək balet
Danimarka yazıçısı
Hans Xristian Andersenin nağıllarına həsr
edilib. Baletin librettosunu Əjdər
Ulduz yazıb. Səhnə əsərinin
süjet xəttini Andersenin “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”,
“Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi məşhur nağılları
təşkil edir. Tamaşanın quruluşçu
baletmeysteri teatrın balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla
Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi Tehran Babayevdir.
Rollarda əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova,
Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.
Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin gözəl
musiqisi, orijinal
xoreoqrafiyası və rəngarəng dekorasiyası uşaqlarla bərabər valideynlər üçün də maraqlı olacaq.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.4.