Yubiley ilindən sonra
işgüzar əhval
Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün yaddaqalan hadisələrlə zəngin olub. 2018-ci ildə teatrın 50 illik yubileyi dövlət başçısının müvafiq sərəncamına əsasən təntənə ilə qeyd edilib, bu münasibətlə bir sıra əməkdaşlar təltif olunub.
Sumqayıt teatrı Gürcüstan və Rusiya teatrları ilə qarşılıqlı qastrol səfərlərinə dair memorandumlar imzalayıb, 4-cü “Türk dünyası teatr günləri” festivalına qatılıb.
Direktor, Əməkdar artist Mübariz Həmidov bildirib ki, ilk dəfə olaraq teatrda şagirdlərdən ibarət bədii şura yaradılıb. Bu da uşaq və yeniyetmələrin bədii-estetik zövqlərinin formalaşmasında, onların arzu və istəklərinə uyğun repertuarın seçilməsində mühüm rol oynayacaq.
Ötən il
təhvil verilən tamaşalardan “Kim güclü, kim ağıllı?”, “İtkin
qız”, “Zülmətdə nur”, “Mamoy kişinin
yuxuları”, “Çeburaşkanın Yeni il sərgüzəştləri” Sumqayıt məktəbliləri
və valideynlər tərəfindən böyük
maraqla qarşılanıb.
Hazırda yaradıcı kollektiv yeni tamaşa və layihələr
üzərində işləyir.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.4.