“Yuğ”da “Məhşər günü”
Gürcü yazıçısı Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında Yuğ Dövlət Teatrında səhnələşdirilən eyniadlı tamaşanın növbəti nümayişi yanvarın 18-də olacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edəcək. Musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı Mikayıl Mikayılovdur. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib.
Tamaşa uğurlu
karyera qurmuş, bu yolda bir
sıra mənəvi dəyərlərini itirmiş
və ölümə məhkum edilmiş
istedadlı, təcrübəli dövlət müşavirindən
bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü
öldürmək qərarına gəlir. Sonda
içində kök salmış təkəbbürü,
xudbinliyi tədricən məhv edib əvəzində sevgi,
savab kimi mənəvi
keyfiyyətləri dirçəltməyi bacarır.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.4.