“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti İrandan gətirilib

 

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İranın Məşhəd şəhərindəki Astane-Qüdse-Rəzəvi kitabxanasından “Qisseyi-Əbu Əli Sina” əsərinin surətini əldə edib.

Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş və Azərbaycan türkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

“Qisseyi-Əbu Əli Sina” 99 vərəqdən ibarətdir, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılıb. Əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.7.