“Azərbaycan ədəbiyyatında erməni xisləti” Tehranda nəşr olunub

 

 

 

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı Tehranda “Xudafərin” jurnalının baş redaktoru Hüseyn Soytürkün rəhbərliyi altında fars əlifbası ilə çap olunub.

Kitabın elmi redaktoru siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Müəllif Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında ermənilərin qorxaqlığı, ikiüzlülüyü, milli ədavətin qızışdırıcısı və iştirakçısı olmalarını şərh və təhlil edib. Bundan başqa, nəşrdə erməni-müsəlman münasibətləri, ermənilərin qonşu xalqlara xəyanəti, hazırda yaşadıqları əraziyə gəlmələri, həmişə “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələri bədii mətnlərə istinadla oxuculara təqdim olunub.

 

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.7.