Tarixçi alimin kitabları
ABŞ-da çapdan çıxıb
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru İsmayıl Məmmədovun
“Azərbaycanın etnik
və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı
kitabları Amerika Birləşmiş Ştatlarında
(Raley şəhəri,
Şimali Karolina Ştatı)
nəşr olunub.
BDU-dan bildiriblər
ki, AMEA-nın əməkdaşı Fatma
Fərəcova tərəfindən
ingilis dilinə tərcümə edilmiş
həmin kitabların redaktoru Maykl Brannokdur.
Nəşrlərdə Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan
bugünkü dövrə qədər tədqiq
edilib. Kitablarda
eramızdan əvvəl ölkəmizin ərazisində yaşayan türkmənşəli tayfalar, Azərbaycan xalqının
yaranması, Azərbaycan dövlətləri, dövlət
başçıları barədə məlumatlar verilib.
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.7.