“Qoridən gələn
qatar”
Ağstafa Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Qazax rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi yanvarın 9-da Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Qoridən gələn qatar ”adlı mütaliə saatı keçirib. Tədbirdə kitabxananın fəal oxucuları iştirak edib.
Şöbənin müdiri Firəngiz Abdıyeva qeyd edib ki, 1879-cu ildə Qori Müəllimlər Seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyası) Azərbaycan şöbəsinin açılması təhsil tariximizdə xüsusi bir mərhələdir. Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verən seminariya 1918-ci ilədək müəllim kadrların hazırlanmasında mühüm işlər görüb. Seminariyanın Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi isə tarixi bir hadisəyə çevrilib.
Firidun bəy Köçərlinin tarixi xidməti sayəsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazax şəhərində müstəqil seminariya kimi fəaliyyətə başlayıb. Təhsil ocağı Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirib.
Sonda oxucular
Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” əsərindən parça
və Firidun bəy Köçərlinin əsərlərini
mütaliə ediblər.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.6.