“Quş
dili”ndə danışanlar
Yuğ Dövlət Teatrının repertuarındakı “Quş dili” tamaşası yanvarın 12-də növbəti dəfə təqdim ediləcək.
Tamaşanın müəllifi rejissor Əbdülqəni Əliyev, əsərin müəllifi yazıçı-jurnalist Təranə Vahiddir. Rolları Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova ifa edəcəklər.
Əsərdə hadisələr gözdən uzaq bir dağ
kəndində baş verir.
Bir gecə kəndə Əzrail gəlir.
Ölüm mələyi qızmarda və
sazaqda bərkimiş canlardan
birini aparır. Hava nə
qədər sərt olsa da,
amansızlıqda insan laqeydliyinə çatmaz – külüngün
torpağa batmadığı bir şaxtada qoca bağban yerdə
qalmış tənha ölüyə qəbir qazır, onu dəfn edir. Səhnə
əsərində qaydalar belədir:
kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən.
Aşkar sınağın mükafatı
isə gizli gələr həmişə.
Qoca bağban da həyatının ən ağır
imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada
cavab yoxdur, suallar isə çoxdur...
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.4.