“İkili standart... qanlı akt və Nobel sülh mükafatı...”
Ukrayna portalında 20 Yanvar haqqında məqalə
Ukraynanın versii.com saytında “İkili
standart: SSRİ, ABŞ və
Paris görüşməsi, qanlı akt və Nobel sülh mükafatı...” sərlövhəli
məqalə dərc olunub.
Həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya
Universitetinin Beynəlxalq
hüquq kafedrasının
professoru Arif Quliyevin məqaləsində
qeyd olunur ki, 1990-cı ilin 20 yanvarı Azərbaycanın
müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olub.
Bildirilir
ki, 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
Sovet ordusunun hissələri Bakı şəhərinə daxil
olaraq dinc əhalini vəhşicəsinə
gülləbaran edib. Nəticədə 137 nəfər şəhid
olub, 744 nəfər yaralanıb. Mixail Qorbaçovun başçılığı
ilə keçmiş
SSRİ rəhbərliyinin Azərbaycana
qarşı qərəzli,
ermənipərəst siyasətinə,
əzəli torpaqlarımıza
iddia edən Ermənistanın təcavüzkar
siyasətinin açıq-aşkar
dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə
qarşı hərbi birləşmələrin yeridilməsi
Azərbaycanda, xüsusilə
Bakıda misli görünməmiş faciəyə
gətirib çıxardı.
Müəllif bildirir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə getdi
və 20 Yanvar qırğınını törədənləri
pisləyən kəskin
bəyanatla çıxış
etdi, xalqımızın
başına gətirilən
müsibəti dünyaya
çatdırdı.
Məqalədə 20 Yanvar faciəsinin tarixi xronologiyasına da yer ayrılıb.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.6.