Buzlu cəhənnəm” 70 il sonra təkrar nəşr olunub

 

 

 

Azərbaycanın istiqlal şairlərindən Əmin Abidin (Gültəkin) “Buzlu cəhənnəm” kitabı 70 ildən sonra İstanbulda təkrar çap olunub. İstanbul Azərbaycan Mədəniyyət Evi tərəfindən nəşr edilən kitabın tərtibçisi Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir.

Kitabda Əmin Abidin Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdiyiYeni Kafkasya” jurnalında “Gültəkin” təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də “Əmin Abid” imzası ilə yazdığı əsərlər yer alıb. Əmin Abidin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə bu kitabda çap edilib.

Qeyd edək ki, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini anası Reyhan xanımın evdə açdığı məktəbdə, daha sonra III Aleksandr gimnaziyasında alıb. 1912-ci ildən qəzet və jurnallardaAbid”, “Abid Mütəllibzadə”, “Abid Alp Mütəlliboğlu”, “Qozqurab bəy” və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib.

Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəsə də, Birinci Dünya müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə imkan verməyib. Şair bir müddət qardaşı, şair Əliabbas Müznibin naşiriredaktoru olduğuDirilik”, “Babayi-Əmir” jurnallarında çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dəstəyi ilə İstanbula təhsil almağa göndərilir. Öncə “Darülmüəllimeyi-Aliyə”ni, sonra da İstanbul Darülfününün Ədəbiyyat fakültəsini bitirir. 1927-ci ildə Bakıya qayıdaraq pedaqoji fəaliyyətlə məşğul olub, Bakı Dövlət Universitetində dərs deyib. 1938-ci ildə casusluqda ittiham edilərək güllələnib.

 

Mədəniyyət.- 2019.- 11 yanvar.- S.6.