“Amerika azərbaycanlı
uşaqların gözü ilə”
ABŞ-ın Nyu-York şəhərində, Bruklində yerləşən “My Way” Uşaq yaradıcılıq mərkəzində “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sərgidə Bakı şəhər 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Rəsm” dərnəyi üzvlərinin çəkdikləri rəsmlər nümayiş olunub.
Sərginin keçirilməsində məqsəd iki mərkəz arasında əməkdaşlıq yaradaraq azərbaycanlı uşaqların əl işlərini tanıtmaq olub. Sərgidə uşaqların Amerikaya dair baxışlarını, təsəvvürlərini əks etdirən müxtəlif rəsmlər təqdim edilib.
Sonda iştirakçılara
diplom və hədiyyələr verilib.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.2.