Əməkdaşlıq perspektivləri
müzakirə olunub
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti İstanbulda görüş keçirib
Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Günay Əfəndiyeva Türkiyənin İstanbul
Böyükşəhər Bələdiyyə
Başqanlığının müşaviri Hüseyn Eren, Mədəniyyət
idarəsi başqanının müavini Ömer Birinci və
İstanbul Böyükşəhər Bələdiyyəsi
Şəhər Teatrlarının müdiri Sedat Çakır
ilə görüşüb.
Bələdiyyə binasında keçirilən görüşdə rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən söz açan G.Əfəndiyeva türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə həyata keçirilən tədbirlər və layihələrdən danışıb.
Fond tərəfindən görülən işləri rəğbətlə qarşıladığını bildirən H.Eren türkdilli xalqların zəngin mədəni irsinin mühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərin önəmini vurğulayıb, bu istiqamətdə əməkdaşlığa, müvafiq layihələrə dəstək göstərməyə hazır olduqlarını deyib.
Görüş zamanı
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
layihələrindən biri kimi böyük şair və dramaturq Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda
səhnələşdirilməsinə
başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru
Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasovadır. Eyni zamanda əməkdaşlıq çərçivəsində
türk dünyasının mədəni irsinin təbliği istiqamətində simpozium, konfrans və sərgilərin,
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
himayəsində yaradılan “Dədə Qorqud”
kamera orkestrinin konsertinin İstanbulda fərqli
məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.3.