Musiqili teatrda üç yeni
tamaşanın məşqləri gedir
İlk premyera “Balaca şahzadə” olacaq
Azərbaycan Dövlət Musiqili Teatrı üçün ötən il uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İlboyu Musiqili teatrda bir sıra beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, yeni tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.
Yaradıcı kollektiv 2019-cu ildə də teatrsevərlərə bir neçə yeni tamaşa təqdim edəcək. Sənət ocağında ilin ilk premyerası Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” tamaşası olacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Sergey Gritsay, baletmeysterləri əməkdar artistlər Zakir Ağayev, Yelena Ağayeva, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.
Tamaşanın yaradıcı heyətinə
baş dirijor, Əməkdar
incəsənət xadimi Fəxrəddin Atayev, ədəbi hissə müdiri,
Əməkdar mədəniyyət işçisi
Telli Pənahqızı, truppa
müdiri, Əməkdar mədəniyyət
işçisi Vidadi Həsənov
daxildir.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.4.