“Tıq-tıq xanımın Şaxta babası” Sumqayıtda balacaların
görüşünə gəlib
Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi
yanvarın 10-da Azərbaycan uşaq ədəbiyyatının
banilərindən olan Abdulla Şaiqin sevilən
personajlarından biri – Tıq-tıq xanımın yeni sərgüzəştləri
ilə Sumqayıt Dövlət Dram Teatrında balaca
tamaşaçıların, məktəblilərin
görüşünə gəlib.
Xoş
ovqatlı “Tıq-tıq xanımın Şaxta babası”
adlı musiqili nağıl-tamaşanın ssenari müəllifi
və quruluşçu rejissoru Zəhra Quliyevadır.
DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında bildirib ki, ilk dəfə DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır.
Bayram əhval-ruhiyyəli,
şən musiqiləri, rəngarəng kostyumları,
dekorasiyaları və işıq effektləri ilə zəngin
tamaşa uşaqlarla
yanaşı, böyüklər tərəfindən də maraqla izlənilib. Tıq-tıq xanım
obrazını 6 yaşlı Nuray Rəhman
canlandırıb. Digər yaddaqalan obrazları
Mədəniyyət mərkəzinin aktyorları ilə birgə
DTX-nin əməkdaşlarının
övladları oynayıb.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.2.