Azərbaycan Dövlət Rəsm Qalereyasının ötənilki fəaliyyəti zəngin olub

 

 

Yanvarın 14-də Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) 2018-ci ilin yekunlarına həsr olunmuş iclası keçirildi. Qalereyanın direktoru Qalib Qasımov çıxış edərək ötən il həyata keçirilən layihələr, əldə olunan nəticələr barədə danışdı. Bildirdi ki, 2018-ci il ADRQ-nin fəaliyyətində zəngin bir il olub.

Qalereyanın fondunda qorunan rəsm əsərlərinin uçotunu özündə cəm edən sayt istifadəyə verilib, həmçinin çoxsaylı tədbirlər sərgilər reallaşıb. Bundan əlavə, qalereyanın əməkdaşları bir neçə yeni layihə hazırlayıblar. Bu sırada tanınmış rəssamlarla emalatxanalarda görüş, bölgələrdə etüd plenerləri, gənc rəssamlarla görüş s.  tədbirləri qeyd etmək olar.

Diqqətə çatdırıldı ki, Azərbaycan Dövlət Rəsm Qalereyası respublikamızın şəhər rayonlarındakı qalereyaların fəaliyyətinin qurulmasında yaxından iştirak edir. 2018-ci ildə qarşıya qoyulan məqsədlərdən biri bölgələrdə fəaliyyət göstərən dövlət rəsm qalereyalarının ekspozisiyasının, fond otaqlarında saxlanılan əsərlərin vahid formada elektron məlumat bazasının toplanması inventarlaşdırılması idi. ADRQ-nin əməkdaşları ötən il 35 rəsm qalereyasının hər birində olub, qalereyalarda saxlanılan bütün əsərlər siyahıya alınıb. Bu işin nəticəsində collecton azgallery.az elektron məlumat bazası yaradılıb. Elektron bazada hər bir rəssam əsərləri, əsərin hansı qalereyada saxlanılması, tematikası haqqında məlumatlar yer alır.

Direktor onu da diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda ümumilikdə 10 300-ə yaxın əsər saxlanılır. Bu əsərlərin hər birinin kateqoriyası, alındığı il s. məlumatların elektron bazaya yüklənməsi prosesi bu il davam edəcək. ADRQ həmçinin Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlikləri, mədəniyyət mərkəzləri ilə əlaqə saxlayır. Azərbaycan rəssamlarının xaricdə saxlanılan əsərləri haqqında da bu məlumat bazasında bilgi əldə etmək mümkün olacaq.

Ötən il paytaxtda, eləcə regionlarda çoxsaylı görüşlər, sərgilər, təqdimatlar keçirildiyini deyən Q.Qasımov bu çoxsahəli fəaliyyətin 2019-cu ildə davam edəcəyini vurğuladı. Direktor bu fəaliyyətin işıqlandırılmasında medianın xüsusi rolunu qeyd etdi.

Tədbirdə 2018-ci ildə Azərbaycan Dövlət Rəsm Qalereyasının gördüyü işləri ictimaiyyətə çatdırmaqda fəal iştirak edən kütləvi informasiya vasitələrinə təşəkkürnamə xatirə hədiyyələri təqdim edildi. Təltif olunanlar sırasındaMədəniyyətqəzetinin redaksiyası da var.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.4.