Biləsuvarda sənətsevərlərin görüş məkanı

 

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Biləsuvar Rayon Dövlət Rəsm Qalereyasında oktyabr ayında başlanan cari təmir başa çatıb. Təmirdən sonra qalereyada sənətsevərlərlə ilk görüş keçirilib.

Mərasimi qalereyanın direktoru Rövşən Cənnətov açaraq bildirib ki, qalereya 2019-cu ildə rayonun əsas mədəniyyət ocaqlarından biri kimi uğurlu fəaliyyətinə davam edəcək.

Regional idarənin rəis müavini Rəfiqə Cəfərova gənclərin bu tədbirə göstərdikləri diqqəti xüsusilə qeyd edib, rayonun gənc istedadlarının əsərlərindən ibarət sərgilərin keçirilməsi üçün müvafiq köməklik göstəriləcəyini bildirib.

Çıxışlardan sonra qonaqlar qalereyada təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə qalereyanın əsas fondundan 10-a yaxın rəsm əsəri gənc sənətçilərin 100-ə yaxın əl işi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.5.