Nazirliyin dəstəyi ilə yeni kitablar işıq üzü görüb

 

 

 

Xalq yazıçısı Anarın “Söz dünyası” kitabının birinci cildi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitaba müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. Ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs edən kitab Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

Görkəmli nasirşair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” də Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunanVicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.4.