Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

 

 

 

2019-cu il AzərbaycandaNəsimi ilielan edilib

 

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar tarixli sərəncamı ilə 2019-cu il ölkəmizdəNəsimi ilielan edilib. Bu, dövlət başçısının dahi Azərbaycan şairi mütəfəkkirinin yaradıcılığına, zəngin söz irsinə böyük diqqətinin göstəricisidir.

Bu il İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti yubileylə bağlı 2018-ci il 15 noyabr tarixində sərəncam imzalayıb. 2019-cu ilinNəsimi ilielan olunması yubiley tədbirlərinin ölkəmizdə onun hüdudlarından kənarda daha geniş şəkildə keçirilməsinə zəmin yaradacaq. Xatırladaq ki, 2017-ci ildə Nəsiminin vəfatının 600 illiyi Azərbaycan dövlətinin təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınaraq bu təşkilat səviyyəsində qeyd olunmuşdu. 2018-ci ilin sentyabrında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Nəsimişeir, incəsənət mənəviyyat festivalı keçirildi.

Ölkə başçısınınNəsimi iliilə bağlı sərəncamı mədəniyyət, ədəbiyyat, elm xadimləri tərəfindən rəğbətlə qarşılanıb.

Bu qərar eyni zamanda Nəsiminin simasında Azərbaycanın mədəni irsinin, ədəbi fəlsəfi fikir tarixinin humanizm, multikultural dəyərlər üzərində təşəkkül tapdığını dünyaya çatdırmaq baxımından böyük önəm kəsb edir.

Prezident İlham Əliyevin 2019-cu iliNəsimi ilielan etməsi xəbərini böyük məmnuniyyət sevinclə qarşıladım. Bu, Prezidentimizin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən, mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir”.

Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov deyib. O, bildirib  ki, bu il Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək. Çünki Nəsimi təkcə şair yox, həm mütəfəkkirdir, böyük düşüncə mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir.

Nəsimi iliböyük mütəfəkkirin irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yer tutmasını təbliğ edəcək”. Bu fikri isə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

Bir incəsənət xadimi kimi bu qərarı ölkə başçısının milli dəyərlərimizə göstərdiyi böyük diqqətin təzahürü hesab edirəm. Eyni zamandaNəsimi iliölkə Prezidentinin, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi nümunəsidir. Bu qərar mənəviyyatımıza, şeirə, sənətə, onların inkişafına ölkəmizdə qədər böyük diqqət göstərildiyinin bir daha əyani sübutudur”, - deyə H.Quliyev bildirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, ölkə rəhbərinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilinNəsimi ilielan edilməsi haqqında sərəncamı bədii sözə ədəbiyyatımıza, incəsənət mədəniyyətimizə verdiyi böyük dəyərin nümunəsidir. O, diqqətə çatdırıb ki, bu il qüdrətli söz ustadının adını daşıyan Dilçilik İnstitutunda da bir sıra tədbirlər, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutu ilə birgəNəsiminin söz dünyası: poetik dili ədəbi irsimövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Bizim üçün 2019-cu ilinNəsimi ilielan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimiböyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi Orta əsrlərin ən qüdrətli söz fikir sərrafları ilə bir cərgəyə qoyur” – bu sözləri isə  Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib.

O qeyd edib ki, Nəsimi yaradıcılığının əsas ideyası azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Alim ümidvar olduğunu bildirib ki, 2019-cu ilinNəsimi ilielan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya sənət əsərlərinin yaranmasını stimullaşdıracaq.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.1;4.