Bakıda qəhvə və çay festivalı
Yanvarın 11-dən 13-dək
Bakının keçmiş
Pasaj bazarı ərazisindəki “Passaj
1901” restoran kompleksində
qəhvə və çay festivalı (“Baku
Coffee & Tea Festival”) keçirilib. Festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və
Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.
Beynəlxalq Qəhvə Birliyinin Azərbaycan üzrə nümayəndəsi Aynur Tağıyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd
qəhvəni Azərbaycanda
çay qədər məşhur etməkdir. İkinci dəfə
təşkil olunan tədbirə öz qəhvə mədəniyyəti
ilə tanınan Türkiyə və Kolumbiyanın ölkəmizdəki
səfirlikləri də
qatılıb.
Festivalda ziyarətçilərə
türk qəhvəsi və
şirniyyatları təqdim olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət
və tanıtma müşaviri İrfan Çiftçi bu il türk
qəhvəsi ilə bağlı geniş
təqdimat günləri və sərgilər keçirməyi
planlaşdırdıqlarını diqqətə
çatdırıb.
Mədəniyyət.-2019.- 16
yanvar.- S.8.