Özbək dilində kəlağayı sənətinin
təbliği
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” metodik mərkəzinin könüllüləri tərəfindən “Wikipedia.org” elektron ensiklopediyasında Azərbaycanla bağlı özbək dilində bölmələrin yaradılması davam etdirilir.
Növbəti məqalə olaraq Azərbaycan mədəniyyətinin rəmzlərindən olan və qədim sənət növlərindən sayılan kəlağayı haqqında özbək dilində məlumat elektron ensiklopediyada yerləşdirilib.
Məqalədə Azərbaycanda ənənəvi
qadın baş geyimi olan kəlağayının tarixi,
onun hazırlanması, nəfis Azərbaycan
ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu
naxışların mənası, elmi
açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın
kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil
edilməsi barədə məlumat verilir.
Mədəniyyət.-2019.- 16
yanvar.- S.5.