Xalqımızın hüzn
və fəxarət tarixi
Yanvarın 16-da Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirib. Fondun foyesində faciəyə həsr olunan sərgi təşkil edilib.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis
müavini Vüqar Qədirov,
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gəncliyə Yardım Fondunun
vitse-prezidenti Salman
Əliyev, Gənc Alim, Aspirant
və Magistrlər Cəmiyyətinin sədri İlqar
Orucov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, 1990-cı ilin
yanvarında törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi,
müstəqil Azərbaycan dövləti xalqımızın
azadlığı yolunda canından
keçən vətən övladlarının xatirəsinə
ən böyük və əbədi
abidədir.
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.4.