Fransa jurnalında həmvətənimizlə müsahibə

 

Fransanın “Where: Paris” incəsənət jurnalında fransız jurnalist Kyra Brenzingerin azərbaycanlı rəssam Ziba Əliyeva haqqında “Mətləbin təntənəli himni - Ziba” adlı müsahibəsi dərc olunub.

Müsahibədə rəssamın yaradıcılığından, Luvr muzeyinin Karusel salonunda təşkil edilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində iştirakından bəhs olunur. Bildirilir ki, rəssam əsərlərində neftdən boya kimi istifadə edir.

Z.Əliyevanın əsərləri Parisdə Luvr muzeyində, Berlində və Moskvada sərgilənib.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.3.