Milli Kitabxanada sərgi və film nümayişi
Yanvarın 17-də Milli Kitabxanada “20 Yanvar – Ümumxalq hüzn və qürur günü” mövzusunda kitab sərgisi və film nümayişi keçirilib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov 1990-cı ilin Qanlı Yanvar hadisələri haqqında
danışaraq ölkəmizin
müstəqilliyi, suverenliyi
uğrunda canlarını
qurban verən şəhidlərimizin adının
əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın
yaddaşına həkk
olunduğunu söyləyib. O, 20 Yanvar
faciəsinin eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq
tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Kərim
Tahirov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də
Moskvadakı Azərbaycan
nümayəndəliyində tarixi çıxışını
xatırladıb. Bildirib ki,
böyük siyasətçi
törədilən cinayətə
görə SSRİ rəhbərliyini
qətiyyətlə ittiham
edərək bu barədə həqiqəti
bütün dünya ictimaiyyətinə, dünya
mətbuatına çatdırıb.
Tədbirdə Milli Kitabxananın direktor müavinləri Mələk Hacıyeva, Ədibə İsmayılova
da çıxış
ediblər. 1990-cı ilin 20 yanvar gecəsində həlak olan vətən oğullarının Azərbaycanın
tarixinə parlaq səhifə yazdıqları
vurğulanıb. Bildirilib ki,
Azərbaycan Milli Kitabxanası xalqımızın
başına gətirilən
faciə haqda tarixi həqiqətləri
Azərbaycan və dünya ictimaiyyətinə
çatdırmaq üçün
müxtəlif tədbirlər
keçirir, kitab sərgiləri, kitab təqdimatları təşkil
edir. Kitabxananın saytında 20 Yanvarla
bağlı elektron məlumat bazası yerləşdirilib, informasiyalar
və elektron resurslar daim yenilənir.
Milli Kitabxananın
əməkdaşları Səyyarə
Məmmədli və Tərlanə Əliyeva faciə qurbanlarına, şəhidlərimizə həsr
edilən şeirləri
söyləyiblər.
Şəhidlərə həsr olunmuş
film nümayiş etdirilib. Sonda tədbir
iştirakçıları 20 Yanvar faciəsinə
həsr olunmuş, müxtəlif dillərdə
300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olublar.
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.2.