“Hər kəs həyatı öz duyğularının rəngində görür

 

 

Əməkdar rəssam Rafael Muradov: “Elə istedadlı uşağa rast gəlirsən ki, istəyirsən onun dəst-xətti ilə işləyəsən...”

 

Əsl yaradıcı sənətkar öz üslubu ilə tanınır. 40 ildən artıqdır ki, real və səmimi ruhda əsərlər ərsəyə gətirən Əməkdar rəssam Rafael Muradov bu cəhətdən istisna deyil.

Bu günlərdə yolumuzu rəssamın emalatxanasından saldıq. Fırça ustasının çoxsaylı əsərləri bizi rənglər dünyasının sirli aləminə apardı. Tariximizdən səhifələri əks etdirən yağlı boya ilə çəkilmiş tablolar, qrafika əsərləri, natürmortlar, mənzərələr, portretlər və s. rəssamın ideyalar aləminin rəngarəngliyindən xəbər verir...

1943-cü ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açan Rafael Muradov 1966-cı ildən Rəssamlar İttifaqının üzvüdür. Əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, habelə Türkiyə, Almaniyas. ölkələrin qalereyalarında, şəxsi kolleksiyalarda qorunur. Çoxsaylı sərgiləri təşkil olunub.

Deyir ki, birdünyaya gəlsəm, yenə rəssam olaram. Çünki rəssam həyat həqiqətlərini tablolara köçürərək onunla dürüstdüz danışandır. O, zaman-zaman Azərbaycan xalqının başına gətirilən bəlaları – 20 Yanvar faciəsi, Qarabağ ağrı-acısını tablolara köçürür. Bildirir ki, tarixi yazmaqyaşatmaq lazımdır. Bu mövzulu nümunələr gələcəkdə yeni-yeni nəsillərə tariximizi anladacaq. Bu baxımdan rəssamın “Sərhəd gəmiriciləri” əsəri xüsusilə diqqətimizi çəkir. Tablo Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub və erməni xislətini ifadə edir.

Emalatxanada bir-birindən maraqlı əsərlərin əhatəsində rəssamla həmsöhbət oluruq.

 

- Rafael müəllim, ötən il sərginiz keçirildi. Deyirlər, hər sərgi rəssamın hesabatıdır...

- Bəli, artıq 75 yaşı arxada qoymuşam. Bu yaşda insan öz-özünə hesabat verir ki, mən bu yaşa qədər nə etdim. Rəssamlar İttifaqında təşkil edilən həmin sərgini bir növ aynada özümü görmək üçün etdim. 50 illik yaradıcılıq yolu keçmisənsə, dönüb arxaya baxmaq, nə etdiklərinə nəzər salmaq lazımdır.

 

- Müsahibələrinizin birində vurğulayırsınız ki, motivi obyektiv mənalandırmaq üçün tamaşaçını dialoqa çağırmaq lazımdır...

- Sənətlə ünsiyyət üçün geniş fəlsəfi düşüncə və sənət sevgisi lazımdır. Bu da hər kəsdə olmur. Bəzi insanlarda bir qədər tənbəllik var. Bir dəfə böyük bir triptix çəkmişdim. Bir nəfər dedi ki, mən bu işdən heçbaşa düşmürəm. Mən həmin insana dedim ki, siz Azərbaycan dilini bilirsiniz? Dedi, bəli. Dedim, bəs başqa dil düşüncə necə? Dedi, xeyr. Cavab verdim ki, rəssamlığın özdilivar hər insan bu sənəti bütün rəssamların işini başa düşmək məcburiyyətində deyil. Bu “dilibilmək üçün gərək rəssamlıqdan az-çox anlayışın ola müəllifi duya biləsən.

 

- Avtoportretinizi çəkmisinizmi?

- Əlbəttə, özü bir neçə dəfə. Amma mən heç vaxt onları sərgiləməmişəm. Düşünürəm ki, bu əsərlərdə tamamlanmamış ştrixlər var. Onu özümdən başqa heç kim görə bilməz. Bu sualı mənə ilk dəfə siz verdiyiniz üçün həmin işlərdən birini təqdim edəcəyəm baxasınız.

 

- Sənətə gələn hər bir insan müəyyən mərhələlərdən keçir. Rəssamlıqda ən çətin dövr hansıdır?

- Məncə, sənətin bütün dövrləri çətindir. Gənclik illərində insan başqa bir düşüncə ilə axtarışda olur, müəyyən çətinliklərlə qarşılaşır. Rəssam gərək elə yaşasın, Allah insana elə bir tale yazsın ki, bütün dövrlərdə öz enerjisini saxlaya bilsin. Əsərlərinin tematikasında hərəkət olsun. Mən dinamikliyi xoşlayıram. Gərək sənin əsərinə tamaşa edən insan da bu dinamikliyi hiss etsin.

 

- Bəs sənətin əsas funksiyası nədir?

- Yayın istisində uzun yol gəlirsən ürəyində deyirsən ki, bircə özümü soyuducuya çatdırıb sərin su içə bilsəydim. Bax, rəssamlıq, sənət belə olmalıdır. O, sərin suyu içəndən sonra necə ki, susuzluğun sönür, ləzzət alırsan, sənət bu zövqü yaşatmağı bacarmalıdır. Mən hər bir əsəri bu sevgi ilə işləyirəm.

 

- Müasir sənəti necə qiymətləndirirsiniz?

- Müasir sənət nümunələrinə münasibətim normaldır. Özüm bir neçə belə əsər yaratmışam. Ancaq bu, zamanın tələbi deyil, təsadüfən yaranan əsərlərdir.

 

- Bəzən rəssamın tamaşaçıların görmədiyi, qəlbində yaşatdığı bir əsəri olurmu?

- Mən ömrüm boyu həm qəlbimdə, həm real olaraq Abşeronu yaratmaq istəmişəm. Abşeron nədir? Tut ağacı, xəzri, meynələr, bağlar, isti qum... Bir sözlə, Abşeron həmişə mənim qəlbimdə əsərlərimdədir.

 

- Həyatın əsas rəngləri hansılardır? Sənətkar püxtələşdikcə rənglərə münasibət dəyişirmi?

- Həyatın rəngləri elə həyatın özündədir. Baharda yaşıl, qışda s. Hər kəs həyatı öz duyğularının rəngində görür. Rəssamlıqda isə rəngin öz rolu var. Rəngin perspektivi olmalıdır. Fransız rəssamı Sezanın elə əsərləri var ki, tabloda təsvir edilən dağın arxasında olan dünyanı da görmək olur. Adam istəyir əlini atıb həmin rəngdən o yana olan nəyisə götürsün. O qədər perspektiv var ki. Rənglərin yaxından uzağa çaları dəyişir bu, hissiyyatdır. Təbii ki, yaş ötdükcə rənglərə baxış dəyişir. Püxtələşdikcə rəng seçimində sərbəst olursan. İşlədiyin zaman özün bilmədən müəyyən rəngləri götürüb istifadə edirsən. Mən bəzən palitradan çox rəngləri ixtisar edirəm. Ümumiyyətlə, istifadə etmədiyim rənglər var. İstəmirəm o rənglər mənim əsərimdə olsun. Rəng işi rəssamın xarakterindən asılıdır.

 

- Xəyali çəkdiyiniz rəsmlər varmı?

- Bəli, dövlət sifarişi ilə çəkdiyim xəyali rəsmlər var. Klassik şairlərimiz İzzəddin Həsənoğlu Zülfüqar Şirvanini onların əsərlərindən ilhamlanıb necə təsəvvür etmişəmsə, elə yaratmışam.

 

- Bir qədər pedaqoji fəaliyyətinizdən danışardınız.

- 23 ildir Buzovnadakı Uşaq incəsənət məktəbində dərs deyirəm. Uşaqlarla işləmək maraqlıdır onlara dərs deməyin öz sirləri var. Bəzən adamın qarşısına elə istedadlı uşaq çıxır ki, istəyirsən onun dəst-xətti ilə işləyəsən. Pikasso da uşaq kimi rəsm çəkmək istəmişdi. Bəzi rəssamlar yaradıcılıqlarında buna can atsalar da, inandırıcı alınmır.

 

- BuzovnanıRəssamların Hollivuduadlandırmısınız. Bunu ilə izah edərdiniz?

- Sovet dövründə bir çox tanınmış rəssamlar – Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Əlövsət Əliyev, Arif Əsgərov (mənim müəllimim olub) Buzovnaya gəlirdi. Ona görə bu qəsəbəyə “Rəssamların Hollivudu” demişəm. Onu da qeyd edim ki, Arif Əsgərovun üzərimdə böyük zəhməti olub, mənə rəssamlığın əlifbasını öyrədib. İşlərimi ilk olaraq korifey sənətkarımız Cavad Mircavadova göstərirdim. Hələ Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmamışdan onunla tanış idim...

Rafael müəllim bir koloritdə qalmır, müxtəlifliyi sevir. Vurğulayır ki, bəzən öz baxış koloritini dəyişmək üçün bölgələrə səyahət edir. Amma qayıdanda yenidən Abşeron lövhələrini işləyir...

Maraqlı söhbətin sonunda rəssama cansağlığı arzulayıb xoş təəssüratlarla emalatxanadan ayrılırıq.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.5.