Bir kağızdı, bir qələmdi, bir də mən”

 

 

 

Şair Mehdi Milaxlının (Hacıyev) “Bir kağızdı, bir qələmdi, bir də mən” adlı şeirlər kitabı çapdan çıxıb.

Bakıda “Xan” nəşriyyatında işıq üzü görən kitabdakı bədii nümunələr “Yurd sevgisi, yoxsa yaşamaq heçdir”, “Bizim sevgimizə gün yazsın qədər”, “Üzün gülsün, qarlı dağlar” və digər başlıqlar altında verilib.

Kitabda müəllifin hər biri 15 sonetdən ibarət iki sonetlər çələngi də yer alıb.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.7.