Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və Art qalereya yaradılır

 

 

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda bu ölkədəki səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART qalereya və Heykəl parkının açılışı üçün işlər yekunlaşıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib ki, açılış yaz aylarında planlaşdırılır.

Bu layihənin reallaşması səfirliyin dəstəyi və təşəbbüsü ilə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası Heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov tərəfindən həyata keçirilib.

Mədəniyyət mərkəzi və Art qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regionalyerli proqramların həyata keçirilməsinə kömək etməkdir.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.8.