Özbək saytı Azərbaycan
karvansaraları haqqında
Daşkənddəki interpress.uz portalında özbək dilində “Azərbaycan karvansaraları və onların tarixi” adlı məqalə yer alıb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan materialda architecture.az portalı və azərbaycanlı müəlliflər Aytən Səlimova və İlqar Əliyevin məqaləsindən istifadə edilib.
Materialda qeyd olunur ki, Azərbaycanda tarixən karvan yolları Bakı, Şəki, Gəncə, Şamaxı, Qəbələ, Şabran, Naxçıvan kimi şəhərlərdən keçib. Məhz buna görə tacirlərin gecələməsi və istirahət etməsi üçün bu şəhərlərdə müxtəlif karvansaralar inşa edilib ki, bunların da bir hissəsi günümüzə qədər gəlib çıxıb.
Bildirilir
ki, Şəkidə
XVIII-XIX əsrlərə aid beş karvansara
olub. Bu şəhərdəki
yuxarı və aşağı karvansaralar
Cənubi Qafqazda ən böyük qonaq evləri hesab edilib. Yuxarı Karvansaranın otaqlarının
sayı 300 olub, Aşağı Karvansara isə 242 otaqdan ibarət olub.
Materialda Bakı, Gəncə,
Şamaxı, Qəbələ, Şabran
və Naxçıvandakı karvansaralar
haqqında da məlumat verilir.
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.8.