Paytaxtımızda İtaliya-Azərbaycan film festivalı keçiriləcək
Yanvarın 25-dən 30-dək Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq film festivalı keçiriləcək.
Festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Layihə İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.
İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq.
“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə
keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone
mükafatlandırma mərasiminə rəhbərlik edəcək,
italyan ssenari müəllifi
və rejissoru Claudio Rossi Massimi isə
festivalın bədii rəhbəri kimi
çıxış edəcək.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.1.