Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb

 

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

İnstitutdan bildirilib ki, bu nüsxələrdə şairinHüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxuHüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri var.

 

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.2