Ukrayna Azərbaycanla birgə mədəniyyət layihələrində maraqlıdır

  

 

 

Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görülə bilər.

Bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk deyib.

Nazir bildirib ki, il ərzində iki ölkə arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olarUkrayna tərəfi buna hazırdır.

Azərbaycanla əməkdaşlığın Ukrayna üçün xüsusi önəm kəsb etdiyini deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir öz növbəsində Azərbaycanın çox uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.3.